Şəxsin məhkəmənin qərarına əsasən hansı hallarda həbsdən azad edilməli olduğuna aydınlıq gətirilib.

Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Şəxs məhkəmənin qərarına əsasən aşağıdakı hallarda həbsdən azad edilməlidir:

– təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə (bu halda həbsdə saxlanılan şəxs məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır);

– məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrumetmə ilə bağlı olmadıqda (bu halda həbsdə saxlanılan şəxs məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır);

– şəxsin həbsdə saxlanılmasına zərurət olmadığı müəyyən edildikdə.