UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu barədə AFFA-nın hesabatında bildirilib.

Avropa futbol qurumu ümumilikdə klublarımıza 23 milyon 222 min 116 manat ödəyib.

Bunlardan 15 milyon 197 min 96 manatı “Qarabağ”a, 2 milyon 196 min 52 manatı “Neftçi”yə, 1 milyon 951 min 89 manatı “Sabah”a, 1 milyon 587 min 66 manatı “Qəbələ”yə, 696 min 264 manatı “Zirə”yə, 569 min 991 manatı “Sumqayıt”a, 515 min 674 manatı “Şamaxı”ya, 508 min 884 manatı “Səbail”ə verilib.