Zərər çəkmiş şəxsin kompensasiya almaq hüququna aydınlıq gətirilib.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Zərər çəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə aşağıdakı məbləğdə kompensasiya almaq hüququna malikdir:
– ona qarşı xüsusilə ağır cinayət törədildikdə —üç yüz otuz manat;
– ona qarşı ağır cinayət törədildikdə —yüz altmış beş manat;
– ona qarşı az ağır cinayət törədildikdə —əlli beş manat;
– ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə —on bir manat.