Zərər çəkmiş şəxsin kompensasiya almaq hüququna aydınlıq gətirilib.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Zərər çəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə aşağıdakı məbləğdə kompensasiya almaq hüququna malikdir:

–  ona qarşı xüsusilə ağır cinayət törədildikdə —üç yüz otuz manat;

– ona qarşı ağır cinayət törədildikdə —yüz altmış beş manat;

– ona qarşı az ağır cinayət törədildikdə —əlli beş manat;

– ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə —on bir manat.