Reyestrdə dəyişiklik edilərkən, o cümlədən qurumun adı, təşkilati-hüquqi forması dəyişildikdə, qeydiyyat nömrəsi dəyişilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Qeyri-kommersiya qurumunun nizamnaməsinin (və ya əsasnaməsinin) təsisçiyə verilməli olan nüsxəsi tikilir, vərəqləri nömrələnir və sonuncu vərəqin arxasında vərəqlərin ümumi sayı göstərilməklə icraçı tərəfindən imzalanır və dəftərxana möhürü ilə təsdiq edilir.