Tayvanın şərq sahillərində yerli vaxtla  saat 07:58-də 7,7 maqnitudalı zəlzələ olub.

Heftelik.az-ın “Çjunşi Sinvenyan” portalına istinadən verdiyi məlumata görə,  zəlzələnin ocağı Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda,  15,5 km dərinlikdə yerləşib.

Bundan sonra ərazidə 20-dən çox yeraltı təkan qeydə alınıb.

Zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.