Tayvanın şərq sahillərində yerli vaxtla saat 07:58-də 7,7 maqnitudalı zəlzələ olub.
Heftelik.az-ın “Çjunşi Sinvenyan” portalına istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, 15,5 km dərinlikdə yerləşib.
Bundan sonra ərazidə 20-dən çox yeraltı təkan qeydə alınıb.
Zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.