Penitensiar sistemin qurumlarının və müəssisələrinin arxiv sənədləri Milli arxiv fondunun xüsusi hissəsini təşkil etməklə, bilavasitə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin özündə mühafizə olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Penitensiar sistemin struktur qurum və müəssisələrinin fəaliyyəti prosesində yaranmış uzunmüddətli və daimi mühafizə edilən arxiv işlərinin və sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və mühafizəsi Penitensiar xidmətin Katibliyinin Arxiv işləri bölməsi tərəfindən aparılır.