Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısına daxil edilən layihələrin sayı müəyyən edilərkən həmin siyahı təsdiq edildikdən sonra layihələrin müsabiqəyə və ya birbaşa danışıqlara hazırlanması, müsabiqənin (və ya birbaşa danışıqların) keçirilməsi və müvafiq müqavilələrin səlahiyyətli orqan tərəfindən müəyyənləşdirilən müddət ərzində bağlanılaraq layihələrin icrasına başlanılması nəzərə alınmalıdır.

Heftelik.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət-özəl tərəfdaşlığı Qaydaları”nda əksini tapıb.

Dövlət tərəfdaşının müəyyən edilməsi:

– Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsində dövlət tərəfdaşı qismində çıxış edən dövlət orqanını (qurumunu), habelə bələdiyyə və ya bələdiyyə müəssisəsini:

– dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısına daxil olan layihələr üzrə – dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı hazırlandıqda;

– özəl təşəbbüs qaydasında irəli sürülən layihələr üzrə – özəl təşəbbüs təqdim edildikdə və ya layihə müsabiqəyə hazırlandıqda (tələb olunduqda) müəyyən etməlidir.