Cinayət prosesini həyata keçirən orqanın qərarı olmadan həbs yerinin rəisinin müvafiq protokol tərtib etməklə hansı hallarda şəxsi həbsdən dərhal azad etdiyinə aydınlıq gətirilib.
Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət prosesini həyata keçirən orqanın qərarı olmadan həbs yerinin rəisi müvafiq protokol tərtib etməklə aşağıdakı hallarda şəxsi həbsdən dərhal azad edir:
– məhkəmə qərarında müəyyən olunmuş həbsdə saxlanılma müddəti başa çatdıqda və bu müddət uzadılmadıqda;
– həbsdə saxlanmanın son müddəti başa çatdıqda və həmin müddət qaydada uzadılmadıqda;
– uzadılmış həbsdə saxlanılma müddəti başa çatdıqda;
– cinayət prosesini həyata keçirən orqandan şəxsin həbsdən azad edilməsi üçün məhkəmənin təyin etdiyi girovun verilməsi barədə məlumat daxil olduqda.