Bu gün Moskvada həbs olunması barədə xəbər yayılan Rəqsanə İsmayılova həbs olunmadığını bildirib.

Heftelik.az-ın xəbərinə görə, müğənni bu barədə sosial şəbəkədə paylaşım edib.

“Özünüzdən boş məsələlər, yalan xəbərlər çıxarmayın. Mən evimdəyəm, ailəmin yanındayam, Moskvadayam. Heç bir problemim yoxdur. Özünüzdən boş şeylər çıxarmayın. Kim ki, xəbərimi yayır, şəklimi yayıb, məhkəməyə verməmiş onları pozun”, – deyə müğənni bildirib.
Müğənni yaxın günlərdə Azərbaycana gələcəyini söyləyib.

***

saat 14.59

Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.

Heftelik.az-ın xəbərinə gör, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Rəqsanə İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.