Səlahiyyətli orqan dövlət tərəfdaşını müvafiq layihənin həyata keçirilməsinin hansı dövlət orqanının (qurumunun), habelə bələdiyyə və ya bələdiyyə müəssisəsinin səlahiyyətinə aid olması əsasında müəyyən etməlidir.

Heftelik.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət-özəl tərəfdaşlığı Qaydaları”nda əksini tapıb.

Layihə bir neçə dövlət orqanının (qurumunun), habelə bələdiyyə və ya bələdiyyə müəssisəsinin səlahiyyətlərinə aid olduğu təqdirdə, səlahiyyətli orqan dövlət tərəfdaşını həmin dövlət orqanları (qurumları), habelə bələdiyyə və bələdiyyə müəssisələri ilə müzakirələr əsasında müəyyən edir və ya qanuna əsasən layihənin müvafiq dövlət orqanları (qurumları), habelə bələdiyyə və ya bələdiyyə müəssisələri tərəfindən birgə həyata keçirilməsi barədə qərar qəbul edir.