Penitensiar Xidmətin struktur qurumlarında isə ümumi icraatlı işlərin vahid siyahısı tərtib edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Penitensiar Xidmətin və onun tabeliyində olan bütün qurumların katiblikləri (dəftərxanaları) hər il əmrlərin və göstərişlərin siyahısını tərtib edir. Tam məxfi, məxfi, qeyri-məxfi və işçi heyət üzrə olan əmrlər, eləcə də məxfi, qeyri-məxfi göstərişlər üzrə siyahılar ayrıca tərtib olunur.