Ezamiyyə xərclərinin normaları dəyişib.

Heftelik.az-ın məlumatına  görə, Nazirlər Kabineti bubarədə qərar verib.

İndiyə qədər Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat olub.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin Bakı şəhərində 125,0 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat olacaq.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edibsə, dəyişikliyə əsasən, bu göstərici 70 faizə endirilib.

Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” yeni redaksiyada verilib (əlavə olunur);

Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları

 

Sıra

№-si

 

Ölkənin adı

Valyutaların adıEzamiyyə xərclərinin

1 günlük norması

1234
 

1.

Rusiya Federasiyası 

ABŞ dolları

170
Moskva və Sankt- Peterburq şəhərləri260
2.TacikistanABŞ dolları140
Düşənbə şəhəri165
3.ÖzbəkistanABŞ dolları140
Daşkənd şəhəri180
4.BelarusABŞ dolları140
Minsk şəhəri180
5.UkraynaABŞ dolları160
Kiyev şəhəri210
6.MoldovaABŞ dolları150
Kişineu şəhəri150
 

7.

Qazaxıstan 

ABŞ dolları

150
Almatı və Astana şəhərləri200
8.QırğızıstanABŞ dolları130
Bişkek şəhəri160
9.GürcüstanABŞ dolları155
Tbilisi şəhəri200
10.TürkmənistanABŞ dolları125
Aşqabad şəhəri150
11.Latviyaavro150
Riqa şəhəri180
12.Litvaavro150
Vilnüs şəhəri180
13.Estoniyaavro150
Tallin şəhəri180
14.Böyük Britaniyaİngiltərə funt sterlinqi250
London şəhəri280
15.Lixtenşteynavro250
16.Avstriyaavro250

 

1234
17.Almaniyaavro250
18.Belçikaavro250
19.İrlandiyaavro250
20.Monakoavro250
21.Norveçavro280
22.Niderlandavro270
23.San-Marinoavro240
24.Fransaavro250
Paris şəhəri300
 

25.

Türkiyə 

avro

180
Ankara şəhəri200
İstanbul şəhəri220
26.İtaliyaavro250
27.Xorvatiyaavro250
28.Bosniya və Herseqovinaavro200
29.Danimarkaavro250
 

30.

İsveçrə 

avro

310
Bern, Cenevrə və Sürix şəhərləri330
31.Lüksemburqavro290
32.Makedoniyaavro190
33.Kipravro200
34.Macarıstanavro200
35.Maltaavro230
36.Portuqaliyaavro250
37.Slovakiyaavro200
38.Finlandiyaavro250
39.Çexiyaavro200
40.Serbiyaavro200
41.Monteneqroavro200
42.Andorraavro200
43.Albaniyaavro180
44.Yunanıstanavro230
45.İslandiyaavro250
46.İspaniyaavro260
47.Polşaavro220
48.İsveçavro300
49.Bolqarıstanavro185

 

1234
50.Rumıniyaavro220
51.Sloveniyaavro220
52.ABŞABŞ dolları350
Nyu-York şəhəri450
53.ArgentinaABŞ dolları220
54.BraziliyaABŞ dolları250
55.KanadaABŞ dolları300
56.MeksikaABŞ dolları220
57.Amerika qitəsi üzrə digər ölkələrABŞ dolları200
58.BəhreynABŞ dolları220
59.Səudiyyə ƏrəbistanıABŞ dolları250
60.Birləşmiş Ərəb ƏmirlikləriABŞ dolları280
61.İordaniyaABŞ dolları180
62.İranABŞ dolları160
63.QətərABŞ dolları250
64.KüveytABŞ dolları220
65.OmanABŞ dolları220
66.SuriyaABŞ dolları200
67.İraqABŞ dolları190
68.İsrailABŞ dolları250
69.FələstinABŞ dolları200
70.LivanABŞ dolları200
71.LiviyaABŞ dolları200
72.BruneyABŞ dolları190
73.YəmənABŞ dolları190
74.ƏlcəzairABŞ dolları190
75.MərakeşABŞ dolları200
76.MisirABŞ dolları220
77.TunisABŞ dolları180
78.SeneqalABŞ dolları200
79.Cənubi Afrika RespublikasıABŞ dolları200
80.Afrika qitəsi üzrə digər ölkələrABŞ dolları180
81.Çin Xalq RespublikasıABŞ dolları250
82.SinqapurABŞ dolları320
83.TailandABŞ dolları220

 

1234
84.MalayziyaABŞ dolları220
85.Şri-LankaABŞ dolları180
86.HindistanABŞ dolları180
87.NepalABŞ dolları180
88.BanqladeşABŞ dolları170
89.PakistanABŞ dolları200
90.ButanABŞ dolları145
91.MyanmaABŞ dolları155
92.MonqolustanABŞ dolları180
93.LaosABŞ dolları170
94.VyetnamABŞ dolları180
95.İndoneziyaABŞ dolları220
96.ƏfqanıstanABŞ dolları180
97.KambocaABŞ dolları180
98.MaliABŞ dolları200
99.Maldiv adalarıABŞ dolları200
100.Hibraltaravro180
101.Koreya Xalq Demokratik Respublikası (KXDR)ABŞ dolları230
102.Koreya RespublikasıABŞ dolları250
103.YaponiyaYapon iyeni40000
104.FilippinABŞ dolları220
105.Yeni ZelandiyaABŞ dolları250
106.Avstraliya və OkeaniyaABŞ dolları270