Məhkəmə girovun məbləğini həddən artıq yüksək təyin etməməlidir.
Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Lakin girovun məbləği, aşağıdakılardan az olmamalıdır:
– böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə verilmiş ittiham üzrə — beş min manat miqdarından;
– az ağır və ya ictimai təhlükəliliyi yalnız maddi ziyanla bağlı olan və yaxud ehtiyatsızlıq üzündən ağır cinayət törədilməsinə görə verilmiş ittiham üzrə — on min manat miqdarından.
Girovun məbləği cinayət nəticəsində vurulmuş ziyandan və ya onun ödənilməmiş hissəsindən artıq olmalıdır.