Təşkilatın zaminliyi qətimkan tədbiri qismində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dövlət qeydiyyatından keçmiş etibar oluna bilən hüquqi şəxsin öz nüfuzu və şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət edəcəyi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gələcəyi və digər prosessual vəzifələri icra edəcəyi də daxil olan müvafiq davranışına dair götürdüyü öhdəliyi yerinə yetirmədikdə min yüz manat tutula bilən cəriməni qabaqcadan dövlət bankında məhkəmənin depozitinə keçirdiyi pul məbləği ilə zamin durması barədə yazılı öhdəlikdən ibarətdir.

Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.