Zaminin etibarlı olduğunu, habelə şəxsi zaminlik və ya təşkilatın zaminliyi qismində qətimkan tədbirlərinin şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilməsinin mümkünlüyünü yəqin edən cinayət prosesini həyata keçirən orqan ərizəçini, o cümlədən hüquqi şəxsin nümayəndəsini şübhənin və ya ittihamın məzmunu ilə tanış edir, zaminə hüquq və vəzifələrini izah edir və zaminə məsuliyyət barədə xəbərdarlıq edir.

Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Bundan sonra ərizəçi öz xahişini təsdiq və ya ondan imtina edə bilər. Hımin prosessual hərəkətlər protokolda göstərilir.