Biz Ermənistanın Tavuş rayonundan və Azərbaycanın Qazax rayonunun 4 kəndindən delimitasiya prosesinin başlamasının əleyhinə deyilik.

Heftelik.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistan Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Nikol Paşinyan bildirib ki, bu məsələnin həll edilməməsi Ermənistanın təhlükəsizliyi üçün təhdidi davam etdirir. Baş nazir Ermənistanın Tavuş rayonunun 30-dan çox kəndinin ərazisi ilə əlaqədar delimitasiyanı xüsusən vacib sayıb.

Qeyd edək ki, bundan əvvəl martın 19-da Nikol Paşinyanın  Tavuşda yerli sakinlərlə görüşdə Tavuş rayonu ilə sərhəd yerləşən və əvvəllər azərbaycanlıların yaşadığı 4  kəndin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana qaytarılmalı olduğunu bildirdiyi məlum olmuşdu.

Xatırladaq ki, hazırda Azərbaycanın 8 kəndi Ermənistanın işğalı altındadır. Qazax rayonunun Yuxarı Əksipara, Balxudarlı, Sofulu kəndləri və Sədərək rayonunun Kərki kəndləri anklavlardır. Qazax  rayonunun Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri isə sərhəddə yerləşir. Buna görə də ilkin mərhələdə məhz sərhəddə yerləşən 4 kəndin azad olunması zəruri sayılır. Martın 9-da Baş nazirin müavini Şahin Mustafayev də bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndi  (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir”. Qeyd edilib ki, Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq.