Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Heftelik.az-ın məlumatına görə, Türkiyə təmsilçisi “Fənərbaxça” Pirey şəhərində “Olimpiakos”la qarşılaşacaq.

İngiltərənin “Aston Villa” klubu isə “Lill” ilə oyuna çıxacaq.  “Viktoriya” Çexiyada “Fiorentina”nı, PAOK isə Yunanıstanda “Brügge”ni sınağa çəkəcək.

Konfrans Liqası
1/4 final, ilk oyunlar

11 aprel
20:45. “Olimpiakos” (Yunanıstan) – “Fənərbaxça” (Türkiyə)
20:45. “Viktoriya” (Çexiya) – “Fiorentina” (İtaliya)
23:00. “Brügge” (Belçika) – PAOK (Yunanıstan)
23:00. “Aston Villa” (İngiltərə) – “Lill” (Fransa)

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 18-də gerçəkləşəcək.