Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.

Heftelik.az-ın məlumatına görə, bunu DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Aparılan axtarışlar nəticəsində ölən sürücü Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 12.11

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Comərt kəndində qeydə alınıb.

Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov “Howo” markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə adıçəkilən sürücü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.

DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Kəlbəcərdə yük maşının çaya aşması nəticəsində sürücünü sel aparıb. Ölən Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovdur.

Hazırda axtarış işləri davam etdirilir.