Neftçala rayonunda axund narkotacir kimi həbs edilib.

Heftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumata görə, ötən gecə DİN əməkdaşları rayonda narkotik əməliyyatı keçirib.

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlardan biri axund Salmanov Samid Şakir oğlu olub. O, rayonda Kərbəlayi Samid kimi tanınır.
Neftçalada mədrəsədə çalışırmış.
Axund Samidə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təltif edilib.