Rusiya, Belçika, Hollandiya və Cənubi Kipr xarici işlər nazirləri İran xarici işlər naziri Hüseyin Əmir Abdullahiyana zəng ediblər.

Heftelik.az-ın xəbərinə görə, bu barədə İran XİN başçısı X sosial şəbəkəsində paylaşımında bildirib.

Hüseyin Əmir Abdullahiyan həmkarlarına İsrailin İranın Dəməşqdəki konsulluğuna zərbə endirməklə Vyana Konvensiyasını pozduğunu bildirdiyini qeyd edib. Eyni zamanda nəzərə çatdırıb ki, ABŞ lazımi xəbərdarlıq edilib.