İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə onlarla kamikadze pilotsuz uçuş aparatı (PUA) və raketlər buraxıldığını bəyan edib.

Heftelk.az-ın xəbərinə görə, SEPAH-ın bu barədə bəyanatı “Tasnim” agentliyində yayılıb.

Qeyd edilib ki, bu,  İsrailin İranın Dəməşqdəki konsulluq binasını vurması nəticəsində aralarında general Muhammed Rıza Zahedi də olmaqla, 13 nəfərin öldürülməsinı cavabdır.

İranın İsrailə hava zərbələri endirməyə başlamasıyla əlaqədar İraq və İordainia hava məkanını bağladığını açıqlayıb.