İran hərbi aviasiyası pilotsuz uçuş aparatları ilə İsrailə hücuma başlayıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı və İsrailin “KAN” radiosu məlumat yayıb.

İsrail rəsmiləri məlumatı təsdiqləyib.

İsrailin 12-ci kanalının məlumatına görə, Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanı gecə üç saatlıq bağlanacaq.

İsrail Baş naziri Benyamin Netanyahu xalqa videomüraciətində bildirib ki, İsrail İranın birbaşa hücumuna hazırdır və buna cavab verəcək: “Biz həm müdafiədə, həm də hücumda istənilən ssenariyə hazırıq. İsrail dövləti, ordusu, ictimaiyyət güclüdür”.