ABŞ İranın aprelin 14-də səhər saatlarında İsrailə hücum edə biləcəyini proqnozlaşdırır.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “Al Jazeera” ABŞ Administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Ağ ev rəsmisi İsrailə qarşı genişmiqyaslı hücum ehtimalından dərin narahatıq duyduqlarını,  bazar günü səhər saatlarında İsrailə hücum ehtimalının yüksək olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden bundan əvvəl İranı İsrailə hücum etməməyə çağırıb.