ABŞ-a köçən və orada çalışan azərbaycanlı jurnalist Natiq Atakişiyev (Nailəoğlu) evlənib.

Heftelik.az-ın  Axşam.az-a istinadən verdiyi məlumata görə, o, telejurnalist Endryu Kordner adlı bəylə nikaha girib. Natiq fevralın 15-də evlənsə də, məlumatı bu gün açıqlayıb.

Qeyd edək ki, Natiq Atakişiyev uzun müddət Azərbaycanda televiziyada çalışıb. Bir müddət öncə ABŞ-a müxbir kimi ezam olunub. Hazırda xarici media qurumunda Amerika müxbiri kimi fəaliyyət göstərir.