Kənar şəxslərin daxil olması qadağan olunan istehsalat otaqlarının qapısında “Kənar şəxslərə giriş qadağandır” lövhəciyi asılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Keçidləri, çıxışları, dəhlizləri, tamburları, pilləkən qəfəsələrini, ehtiyat (təxliyyə) çıxışlarını hər hansı əşyalarla, materiallarla və avadanlıqla qalaqlamaq, həmçinin pilləkənlərin altında anbar, emalatxana və s. yerləşdirmək qadağandır.