Xalq yazıçısı Çingiz Abdullayev bu gün xəstəxanadan evə buraxılıb.

Heftelik.az-ın məlumatına görə, bu barədə Mərkəzi Gömrük Hospitalından bildirilib.

Qeyd edilib ki, 6 aprel 2024-cü il tarixində səhər saat 3 radələrində səhhətində yaranmış problemi ilə bağlı Mərkəzi Gömrük Hospitalına daxil olmuş xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev sağalaraq bu gün evə yazılıb.