Hüsü Hacıyevin Şuşada yaşadığı evin fotosu paylaşılıb.Heftelik.az xəbər verir ki, yazıçı-jurnalist Mirmehdi Ağaoğlu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Şuşanın memarlığından doymaq olmur. Hər dəfə baş çəkəndə ordakı memarlığa, evlərin quruluşuna, mülklərin yerləşməsinə, daşların tikintidə istifadəsinə, tağlarına, pəncərələrinin, qapılarının quruluşuna heyrətlə baxıram. Hər dəfə də gördüklərimi bacardıqca çəkib paylaşmağa çalışıram ki, itməsin, necəsə yaşasın. Bu dəfə də Şuşada olanda həmən bu kərpic tağlı tikilinin videosunu çəkib paylaşmışdım. Tik-tokda maraqlı müzakirə oldu. Vaxtilə bu evdə, bu həyətdə yaşamış neçə adam yazdı, onları tanıyanlar, qonşuları müzakirəyə qoşuldu. Demə bu evdə Xəlil dayı, Xavər xala, Nərgiz nənə daha kimlər yaşayırmış. Müzakirələrdə maraqlı bir fakt da ortaya çıxdı. Demə, inqilabçı Hüsü Hacıyev bu həyətdə yaşayıbmış. Bilmirdim, mənim üçün də yeni məlumat oldu”, – deyə Mirmehdi Ağaoğlu qeyd edib.
