Hadı Rəcəbli vəfat etdi

17 Aprel 2024, 08:52

Sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib.

TƏBİB-dən Heftelik.az-a verilən məlumata görə, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.

Hadı Rəcəbli 76 yaşında vəfat edib.

Bu barədə xəbəri ilk olaraq APA yayıb.