Aktrisa Nesrin Cavadzadə yeni münasibətə başlayıb.

Heftelik.az-ın Bakupost-a istinadən verdiyi məlumata görə, həmkarı Gökhan Alkanla uzun müddət münasibətdə olan və evlilik yolunda ikən ayrılan Nesrin keçmiş TFF prezidenti Sərvət Yardımçının oğlu Kaan Yardımçı ilə yeni münasibətə başlayıb. İkili ötən axşam bir məkandan çıxarkən görüntülənib.

Mətbuat mənsublarının suallarını cavabsız qoyan cütlük eyni maşına minərək uzaqlaşıblar.

Digər tərəfdən, Cavadzadənin sevgilisini anası ilə tanış etdiyi də iddia edilib.