Binəqədi-Balaxanı şosesi, Əliçıraq məsçidinin qarşısında yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

TƏBİB-in yaydığı məlumatda qeyd edilib ki, bu gün səhər 08:00 radələrində Sabunçu rayonu, Balaxanı-Binəqədi yolu, “Lukoil” yanacaq məntəqəsi ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Qeyd edilib ki, hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində 2 nəfər (kişi cinsli) xəsarət alıb. Müştərək travmalarla xəsarət alan şəxslər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.