Cinayət təqibi üzrə icraatın başa çatdırılması proseduru açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət təqibi üzrə icraat aşağıdakı hallarda başa çatır:
– cinayət təqibi üzrə icraata tam xitam verilməsi barədə qərar qüvvəyə mindikdə;
– icrası üçün xüsusi tədbirlərin görülməsi tələb edilmədikdə, cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında icraatın materialları üzrə hökm və ya məhkəmənin digər yekun qərarı qüvvəyə mindikdə;
– icrası üçün xüsusi tədbirlərin görülməsi tələb edildikdə, cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında icraatın materialları üzrə hökmün və ya məhkəmənin digər yekun qərarının icraya yönəldilməsi təsdiq olunduqda.