Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Heftelik.az-ın məlumatına görə, Almaniyada “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) oyunu baş tutub.

“Alyans Arena”da oynanılan matçda Almaniya təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.

“Etihad” stadionunda isə “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) qarşılaşması olub.

Matçda “Real Madrid”dən Rodriqo (12), “şəhərlilər”dən isə De Bröyne (76) fərqlənib. Əsas vaxt bərabərə bitdiyindən mübarizə əlavə vaxtda davam edib.

Matçın əlavə vaxtında Pep Qvardiolanın yetirmələrinin nəhəng üstünlüyünə baxmayaraq, Karlo Ançelottinin komandasını məyus etmək mümkün olmayıb. Penalti seriyasında isə madridlilər “Mançester Siti”dən üstün olub – 4:3.

Yarımfinal mərhələsinə aprelin 30-da “Signal Iduna Park” arenasında “Borussiya”-PSJ oyunu ilə start veriləcək. Cavab görüşü isə mayın 7-də olacaq.