“Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək”.

Heftelik.z-ın Bakıvaxtı.az -a istinadən verdiyi məlumata görə, bunu müğənni Əminə Şirin deyib.

İfaçı həbsxanadakı evliliyindən söz salıb:
“Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsmi nikahla ailə həyatı qurmuşam. Harada? Bu, artıq ikinci sualdır. Heç kimin bacarmadığı addımları atmışam. Peşman da deyiləm. Evliliyim aşağı-yuxarı bir il üç ay sürdü. İndiki düşüncədə olsaydım, yenə də eynisini edərdim”