Bu gün yerli vaxtla saat 22.01 radələrində İranın Xoy şəhərində 4,6 maqnitudalı zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, zəlzələ Azərbaycanın Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babək rayonlarında 3 bala qədər hiss olunub.