İmişlidə də zəlzələ oldu

21 Aprel 2024, 00:11

20 aprel yerli vaxtla saat 23.49-da radələrində İmişlidə 3 maqnitudalı zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, Beyləqan stansiyasından 35 km şimal-şərqdə, İmişli rayonunda zəlzələ qeydə alınmışdır.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bundan əvvəl 20 aprelsaat 22.01 radələrində İranın Xoy şəhərində 4,6 maqnitudalı zəlzələ olub. Zəlzələ Azərbaycanın Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babək rayonlarında 3 bala qədər hiss olunub.