Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb.

Nəsib Quliyev ov tüfəngi ilə özünü güllələrək ölüb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib.

Baş Prokurorluqdan bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

***

saat 14.06

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor  Nəsib Quliyev vəfat eməsi xəbəri yayılıb.

Heftelik.az-ın xəbərinə görə, Nəsib Quliyevin özünü güllələdiyi iddia olunur.