Ermənistan-Azərbaycan sərhədinin Tavuş vilayəti ilə Qazax rayonu ərazisindəki hissəsində delimitasiya prosesi texniki nöqteyi-nəzərdən başa çatıb.

Heftelik.az- məlumatına  görə, bunu Ermənistan Parlamentinin Müdafiə Komissiyasının sədri Armen Xaçatryan bildirib.

O bildirib ki, buradan keçən hissə Almatı Bəyannaməsi əsasən sərhəd zolağı kimi təsdiqlənib.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb. İki dövlətin ekspert qruplarının işi davam edir.