“Azərbaycan Dəmir Yolları” QSC (ADY) həftəsonu artan sərnişin tələbatını təmin etmək üçün Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edir.

Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Heftelik.az-a verilən məlumata görə,  əlavə təyin edilən qatarlar mayın 4-də saat 09:15-də Bakıdan- Ağstafaya, mayın 5-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

Həmçinin, həmçinin Bakı-Qəbələ-Bakı marşrutu ilə hərəkət edən qatarlarımız da hər həftəsonu xidmətinizdədir.