Bakının Səbail rayonu, Neftçilər prospekti istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində su xəttində yaranan problem olub.