Daşınmaz əmlakın konkret hissələri (mənzillər, otaqlar, mərtəbələr və s.) göstərilməklə ümumi daşınmaz əmlakdan istifadə qaydası haqqında paylar məlum olan ümumi mülkiyyət iştirakçıları arasında müqavilə müstəqil sənəd tərtib etmək yolu ilə rəsmiləşdirilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Bu cür müqavilələr təsdiq olunarkən daşınmaz əmlakın hüquq müəyyənedici sənədi və texniki pasportu tələb edilir.