Əqdləri sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü, sənədlərdəki imzaların həqiqiliyini, sənədlərin təqdim olunması vaxtını və s. təsdiq edərkən notarius həmin sənədlərdə imza edib gerbli möhür vurmaqla Nazirlər Kabinetinin təsdiq etdiyi formalar üzrə təsdiq qeydləri aparır.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Təsdiq qeydinin mətni kompüter vasitəsilə yazılır və “Elektron notariat” informasiya sistemi vasitəsilə notariat hərəkətlərinə dair sənəddə yerləşdirilir.