Əmlakın özgəninkiləşdirilməsi haqqında pozulan müqavilə bağlanana qədər özgəninkiləşdirəndə olmuş, notariusda saxlanılan hüquq müəyyənedici sənəd (və ya onun dublikatı) əmlakı özgəninkiləşdirənin tələbi ilə notarius tərəfindən təsdiq edilmiş surəti notariat işində saxlanılmaqla ona qaytarılır.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Bu zaman həmin sənədlər bu Təlimatın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilməlidir və bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır. Göstərilən müqavilələr pozularkən bu sənədləri təsdiq etməyə görə əvvəllər tutulmuş dövlət rüsumu və haqq tərəflərə qaytarılmır.