Müsavat Partiyasının yeni başqanı məlum olub.

Heftelik.az-ın məlumatına görə, İsa Qəmbər bu gün Müsavat Partiyasının XI qurultayında yenidən partiyanın başqanı seçilib.

Səsvermədə 278 qurultay nümayəndəsindən 275-i İsa Qəmbərin lehinə səs verib.

Qeyd edək ki, İsa Qəmbər Müsavat Partiyasının başqanı postuna yeganə namizəd olub.