Xarici arbitraj məhkəməsinin qərarının tanınması və icrası barədə ərizəyə aydınlıq gətirilib.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Ərizə məhkəməyə yazılı şəkildə verilir. Ərizədə aşağıdakılar göstərilməlidir:
– ərizənin verildiyi məhkəmənin adı;
– arbitraj sazişinin tərəflərinin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı) və yaşadıqları (hüquqi şəxslərin olduqları) yer, olduğu halda – telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı;
– qərarı qəbul etmiş xarici arbitraj məhkəməsinin tərkibi;
– daimi arbitraj təşkilatının adı və olduğu yer (əgər arbitraj prosesini daimi arbitraj təşkilatı idarə etmişdirsə);
– arbitraj məhkəməsi qərarının tarixi və yeri;
– arbitraj məhkəməsi qərarının tanınması və icrası tələbi;
– əlavə edilən sənədlərin siyahısı.