Fənn kataloqunda sənədləşdirilmiş informasiya fənlərin (məsələlərin) adlarına görə əlifba sırası ilə, eyni qrup sənədlərin daxilində isə – ayrı-ayrı qurumlar üzrə xronoloji və ya məntiqi ardıcıllıqla təsnifləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Adlı kataloqda sənədləşdirilmiş informasiya şəxslərin soyad, ad və ata adlarının əlifba sırası ilə, bir şəxsə dair sənədlər qrupu daxilində isə-xronloji və ya digər məqsədəuyğun ardıcıllıqla təsnifləşdirilir.