Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb.

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.

***

saat 22.10

Zaqatalada 15 nəfər dönərdən zəhərlənib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edilib ki, bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 5-i uşaq olmaqla 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir.

Bu arada zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub. Zəhərlənənlər arasında tələbələr də var. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsi də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.