“Bolt” taksi şirkəti Azərbaycanda tarifləri 9% artırıb.
Heftelik.az-ın əldə etdiyi məlumata görə, bu barədə taksi şirkətindən bildirilib.
Qeyd edilib ki, yeni tariflər mayın 7-dən etibarən Bakıda “Eco”, “Bolt”, “*1020”, “Comfort”, “ABB Comfort”, “Comfort+”, XL, “Biznes” kateqoriyaları üzrə sifarişlərə şamil edilir.
Qeyd edək ki, Azərbaycanda taksilərlə bağlı tələblərin tətbiq edilməsinə başladıqdan sonra sifarişli taksi xidmətləri tarifləri kəskin artıb. “Bolt” isə son bir ildə qiymətləri 2 dəfədən çox artırıb.