“Bolt” taksi şirkəti Azərbaycanda tarifləri 9% artırıb.

Heftelik.az-ın əldə etdiyi məlumata görə, bu barədə taksi şirkətindən bildirilib.

Qeyd edilib ki,  yeni tariflər  mayın 7-dən etibarən Bakıda “Eco”, “Bolt”, “*1020”, “Comfort”, “ABB Comfort”, “Comfort+”, XL, “Biznes” kateqoriyaları üzrə sifarişlərə şamil edilir.

Qeyd edək ki, Azərbaycanda taksilərlə bağlı tələblərin tətbiq edilməsinə başladıqdan sonra sifarişli taksi xidmətləri tarifləri kəskin artıb. “Bolt” isə son bir ildə qiymətləri 2 dəfədən çox artırıb.